RU
26 İYUL AZƏRBAYCAN GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNİN YARANMA GÜNÜDÜR
14:55
55

26 İYUL AZƏRBAYCAN GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNİN YARANMA GÜNÜDÜR


7news.az xəbər verie ki, 32 il bundan əvvəl ümummilli lider Heydər Əliyevin Fərmanına əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır.
1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 1997-ci ildə 2 fevralın Azərbaycan Gəncləri günü elan edilməsi, çoxsaylı Dövlət proqramlarının qəbulu, 1999-cu ildə Dövlət Gənclər Siyasəti haqqında Fərmanın imzalanması və geniş fəaliyyət proqramının təsdiq edilməsi, 2002-ci ildə "Gənclər siyasəti haqqında” Qanunun qəbulu ulu öndər Heydər Əliyevin gənclərə böyük qayğısının sübutudur. Ulu öndərin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin gəncləri cəmiyyətin aparıcı qüvvəsinə çevirmək, onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə təsdiqlədiyi Dövlət proqramları uğurla həyata keçirilir. Dövlət quruculuğunda gənclərin artan rolu, onların mənəvi inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşdırılması və inkişafı üçün yaradılmış şərait bu diqqət və qayğının nəticəsidir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ