RU
ATƏT sədri:
23:40
1253

ATƏT sədri: "Avropa müharibə təhlükəsi ilə üzləşib"

Avropa son 30 il ərzində ən böyük müharibə təhlükəsilə üz-üzə qalıb.

7NEWS.Az "Reuters”ə istinadən xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdəki sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib.

Rusiyanın adını çəkməyən diplomat bu ölkənin iştirak etdiyi iddia edilən bir sıra münaqişələri sadalayıb: "Son həftələr biz Şərqi Avropada böyük hərbi eskalasiya ehtimalı ilə üzləşmişik”.

"Ukrayna ətrafındakı münaqişənin dinc yiolla həllinə diqqət yetirməliyik”, - polşalı nazir qeyd edib.

Z.Rau Ukraynanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə tam şəkildə hörmət olunmasına çağırıb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ