RU
Türkiyədə daha bir şagird məktəbə hücum etmək istəyəndə SAXLANILIB - “Zarafat idi” dedi
11:30
23

Türkiyədə daha bir şagird məktəbə hücum etmək istəyəndə SAXLANILIB - “Zarafat idi” dedi

Türkiyənin Zonquldağ şəhərində məktəbə hücum edəcəyi ilə bağlı təhdidlər səsləndirən lisey şagirdi polis tərəfindən saxlanılıb.

Hadisə sosial şəbəkələrdə yayılan mesajlardan sonra üzə çıxıb.

Məlumata görə, 17 yaşlı yeniyetmə "WhatsApp" vasitəsilə hücum edəcəyinə dair təhdid mesajları paylaşıb. Hüquq-mühafizə orqanları dərhal hərəkətə keçərək onu qısa müddətdə saxlayıblar.

Şagirdin yaşadığı evdə aparılan axtarış zamanı 6 ədəd boş tapança patronu aşkar edilərək götürülüb.

Yeniyetmə ilkin ifadəsində patronları kənddən xatirə kimi gətirdiyini, göndərdiyi mesajların isə zarafat məqsədi daşıdığını bildirib.

Araşdırmalar zamanı onun daha əvvəl sinif otağında fişəng partlatdığına görə başqa bir məktəbdən xaric edildiyi də məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 


 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ