Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası ürəyin damarlarına müdaxilə zamanı istifadə olunan tibbi məmulatların satın alınması ilə bağlı açıq tender elan edib.
Tenderin ehtimal olunan dəyəri 1 milyon 400 min 743 manat təşkil edir.
Tender çərçivəsində istiqamətləndirici kateterlər (guiding catheter), diaqnostik kateterlər, bələdçi tellər (guide wire), perkutan translüminal koronar angioplastika (PTCA) balonları, yüksək təzyiqə davamlı xətlər (pressure line), şpris pompaları üçün 200 millilitrlik şprislər, angioqrafiyada istifadə olunan radiokontrast maddələr, birdəfəlik angioqrafiya örtük dəstləri, radial introduktor dəstləri (radial sheath) və digər tibbi sərf materiallarının alınması nəzərdə tutulur.








