RU
Köçəryan deputat mandatından imtina edib
22:21
1277

Köçəryan deputat mandatından imtina edib

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan özünün "Facebook” səhifəsində bəyanat yayıb.

O, deputat mandatından imtina etdiyini bildirib.

 

Köçəryan öz mandatını komandasından olan birisinə güzəştə gedəcəyini vurğulayıb.

Qeyd edək ki, eks-prezidentin rəhbərlik etdiyi "Ermənistan” bloku iyunun 20-də ölkədə keçirilən növbədənkənar parlament seçkilərində 21,9% səs toplayaraq parlamentdə 29 yer əldə edib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ