AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənovun verdiyi məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) Mingəçevir şəhər şöbəsinin rəisi, polkovnik Şirvan Xasıyevin təşkilatçılığı ilə Milli Həmrəylik Günü münasibətiylə ənənəvi olaraq maddi imkanları aşağı olan şəhid ailələrinə 150-200 manatlıq ərzaq bağlaması ilə yardımlar ediblər.
Bu yardım kompaniyasında AVMVİB Mingəçevir şəhər şöbəsinin üzvü olan müharibə veteranları da yaxından iştirak ediblər.
Natiq Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hər il keçirilən bu kompaniyanı alqışladığını və Xidmət rəhbərliyinə öz minnətdarlığını bildirdi.
AVMVİB Mingəçevir rayon şöbəsinin sədri Natiq Həsənov, şəhidlərin unudulmaması cəmiyyətdə hərbi vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət etdiyini və şəhidlərin savaşda deyil, unudulan zaman öldüyünü söylədi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti son illərdə AVMVİB və onun rayon şöbələri ilə sıx əməkdaşlıq qurmaları bir çox qurumlara örnək olmalıdır.
Fürsətdən istifadə edərək, bütün müharibə veteranları, şəhid ailələrini, əsgər və zabitlərimizi, o cümlədən SHXÇDX-nin şəxsi heyətini 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və eləcə də Yeni Təqvim ili münasibətilə təbrik edirəm.











