“Erməni qız cılız hərəkət etdi...”

“Erməni qız cılız hərəkət etdi...”

“Eurovision 2016” təmsilçimiz Səmra Rəhimli “Asan Radio”nun qonağı olub.

7News.Az-ın məlumatına görə, Səmra müsabiqədə qazandığı 17-ci pillədən danışıb:

“Azərbaycan neçə ildir ki, uğurlara imza atır, hər il finaldayıq. Axırıncı yerləri tuturuq deyə, ölkəni pis təmsil etmirik ki? Biz yadda qalırıq, bir az pozitiv baxmaq lazımdır. Videoroliklərdə müasirliyimizi göstərdik. Heydər Əliyev adına Mərkəzi çəkdik. Gözəl bir binadır. Milli dəyərlərimizi 2012-ci ildə yetərincə göstərmişik. Bir az müasirliyimizi göstərməyə çalışdıq”.

Təmsilçimiz mətbuat konfransında yaşanan anlaşılmazlığa aydınlıq gətirib:

“İveta cılız hərəkət etdi. Jurnalistlər siyasətlə mədəniyyəti qarışdırdığına görə, ona pis yanaşdı. Mənim sakit durmağımın səbəbi isə başqa idi. Mən elə bildim ki, mənə sual verəcəklər. Azərbaycanlı jurnalist isə Qarabağdan danışdı. Mən çünki duruxdum, sual gözləyirdim. Yoxsa, mən Azərbaycanımı millətimi sevirəm, ölkəmə bağlı biriyəm. Bu doğurdanda musiqi yarışmasıdı. Mən musiqini təmsil edirəm. Ona görə də, bura siyasi yox, mədəniyyət yarışması olduğunu söylədim. Mən o cavabı verəndə hamı əl çaldı”.

Xəbər lenti