Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri Avropa hərbi innovasiyalar mərkəzi yaratmaq qərarına gəliblər.
7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel qurumun Müdafiə Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.
"Bu gün biz Aİ-yə üzv dövlətlər arasında hərbi innovasiyalar üzrə əməkdaşlığı təşviq etmək və dəstəkləmək üçün Avropa Müdafiə İnnovasiya Mərkəzini yaratdıq", - Borrel qeyd edib.
7NEWS.Az







