RU
Avropa Parlamenti Rumıniya və Bolqarıstanın Şengenə qoşulmasına çağırıb
21:30
467

Avropa Parlamenti Rumıniya və Bolqarıstanın Şengenə qoşulmasına çağırıb

Avropa Parlamentinin (AP) spikeri Roberta Metsola Rumıniya və Bolqarıstanı 2023-cü ildə Şengen zonasına qoşulmağa çağırıb.

7NEWS.Az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə ikigünlük işgüzar səfərdə olduğu Buxarestdə Rumıniya Prezidenti Klaus İohannis ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

"Rumıniya və Bolqarıstanı Şengen zonasına qəbul etməmək üçün heç bir əsaslı səbəb yoxdur, çünki üzvlük üçün bütün şərtlər yerinə yetirilir, sonra digər məsələlər həll olunmalıdır və biz irəliləməliyik", - Metsola deyib.

Dekabrın 8-də Brüsseldə Aİ-nin Daxili İşlər və Ədliyyə Şurasının iclasında Rumıniya və Bolqarıstanın Şengen zonasına qoşulmaq üçün müraciətləri rədd edilib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ