RU
Avropada koronavirus sürətlə yayılır
12:20
210

Avropada koronavirus sürətlə yayılır

Avropada koronavirusa yoluxanların sayı artmaqda davam edir.

 

İsveçdə koronavirusa yoluxanların sayı 203 nəfərə çatıb. Stokholmda virusa 115 nəfər yoluxub.

Yonçyepinq, Vestra-Yetaland, Vermland, Erebru və Evlenborq şəhərlərində də koronavirusa yoluxma halı qeydə alınıb. Yoluxanların çoxu İtaliya və İrana səfər edən şəxslərdir.

Almaniyada isə koronavirusa yoluxma halları 900-ü ötüb. Bu barədə ölkədə koronavirusa yoluxanların statistikasını aparan Robert Koh adına institutu məlumat yayıb.

Virusa yoluxanların təxminən yarısı Şimali Reyn-Vestfaliyanın ən böyük torpaqlarında yaşayır (398 nəfər). Saksoniya-Anhalt əyalətindən başqa Almaniyanın bütün bölgələrində yoluxan şəxslər qeydə alınıb.

Fransada da koronavirusa yoluxanların sayı artmaqda davam edir. Ölkədə koronavirusa yoluxma halları 949-dan 1 126-a yüksəlib. Virusa yoluxanlardan 50-yə yaxının vəziyyəti ağırdır.(report)

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ