RU
Avstraliyalı terrorçu məsciddə qətliama necə hazırlaşdığından danışdı
12:20
301

Avstraliyalı terrorçu məsciddə qətliama necə hazırlaşdığından danışdı

15 mart 2019-cu ildə Yeni Zelandiyanın Kristçurç şəhərindəki məscidlərdə ibadət edənləri qətlə yetirən avstraliyalı Brenton Tarrant cinayətlərini 15 ay müddətinə planlaşdırıb. 

7News.Az xəbər verir ki, bu haqda "Stuff” portalı yazıb. Bir qədər əvvəl onun ilk məhkəmə iclası keçirilib.

Məlum olub ki, terrorçu bir ildən çox atıcılıq klublarında iştirak edib, atışla məşğul olub. Təşkil etdiyi qətldən 10 dəqiqə əvvəl ailəsinə polislə necə əlaqə qurmağı, ittihamlara qarşı necə durmağın yollarını izah edən bir mesaj göndərib.

Avstraliyalı 2017-ci ildə Yeni Zelandiyaya köçüb, dərhal lisenziya alıb və döyüş ehtiyatlarını: silahlar, döyüş sursatları, görmə cihazları, bronejiletlər və kamuflyaj geyimləri hazırlamağa başlayıb. Hücumdan əvvəl İnternetdə məscidlərin sxemini tapıb və diqqətlə öyrənib.

Media Tarranta ömürlük həbs cəzası veriləcəyini yazır.

Məhkəmə iclasları avqustun 24-də yerli vaxtla saat 10: 00-da (Bakı vaxtı ilə 03:00-da) Kristçurqun Ali Məhkəməsində başlayıb. 29 yaşlı avstraliyalı terror aktı, qətl və qətl cəhdində ittiham olunur. O, vəkillərin xidmətindən imtina edib, maraqlarını məhkəmədə özü təmsil edəcək. O, öz günahını etiraf edib.
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ