Bu gün Abşeron rayonunun bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Buna səbəb təmir-quraşdırma işlərinin aparılmasıdır.
Saat 09:00-dan işlər başa çatanadək Abşeron rayonunun Masazır kəndinin, eləcə də Saray qəsəbəsində yerləşən "Saray" MTK-nın qaz təchizatı müvəqqəti dayandırılacaq.








