RU
Çavuşoğlu: Erməni lobbisi ABŞ-ın Türkiyəyə F-16 satmağına qarşı çıxır
19:10
188

Çavuşoğlu: Erməni lobbisi ABŞ-ın Türkiyəyə F-16 satmağına qarşı çıxır

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yunan və erməni lobbilərinin ABŞ-ın Türkiyəyə F-16-ları satmağına qarşı çıxdığını bildirib.

7NEWS.Az xəbər verir ki, bu barədə, o, Nyu-Yorkda türkiyəli jurnalistlərə açıqlamasında deyib.
Çavuşoğlu əlavə edib ki, buna baxmayaraq, F-16-ların satışını dəstəkləyən lobbilər də var. Nazir hazırda bu istiqamətdə danışıqların davam etdiyini vurğulayaraq, bunun üçün Türkiyənin nümayəndə heyətinin Nyu-Yorkdan Vaşinqtona yola düşdüyünü qeyd edib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ