RU
Çavuşoğlu: Krımın ilhaqı kimi Donbas və Xersondakı referendumu da tanımayacağıq
16:30
253

Çavuşoğlu: Krımın ilhaqı kimi Donbas və Xersondakı referendumu da tanımayacağıq

Türkiyə Krımın ilhaqını tanımadığını və bundan sonra da tanımayacağını hər şəkildə diqqətə çatdırır, bu mövqeyi rus tərəfinə də izah edir.

Bu barədə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Yaponiyaya səfəri çərçivəsində mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, Türkiyə Rusiyanın Ukraynaya qarşı təcavüzünü müharibə adlandıran ilk ölkədir.

"Donbas və Xerson kimi bölgələrinin referendum vasitəsilə ilə ilhaq edilərək Rusiyaya qatılmasına dair də konkret açıqlama vermişik, bundan narahat olduğumuzu vurğulamışıq. Krımın ilhaqını tanımadığımız kimi bunu da tanımayacığımızı açıq şəkildə söyləmişik”, - deyə o bildirib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ