RU
Çavuşoğlu: Rusiya və Ukrayna arasında sülh Türkiyə vasitəsilə mümkün ola bilər
18:30
123

Çavuşoğlu: Rusiya və Ukrayna arasında sülh Türkiyə vasitəsilə mümkün ola bilər

Rusiya və Ukrayna arasında bir sülh sazişi imzalansa, bu, Türkiyənin vasitəsilə mümkün ola bilər. Türkiyənin bir ümid olduğunu hər kəs bizə deyir.

7NEWS.Az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda Türkiyəli jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Rusiya və Ukrayna arasında gedən müharibənin davam etməsini istəyən çox az ölkə qalıb.

Nazir əlavə edib ki, "Taxıl daşınması sazişi”nin imzalanması da, Türkiyənin iştirakı ilə mümkün oldu və dünya bazarlarında ciddi şəkildə taxıl qiymətlərinin düşməsinə səbəb oldu.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ