RU
Çavuşoğlu: “Türkiyənin qərarlılığı bütün dünyada nüfuzunu artırıb”
19:30
150

Çavuşoğlu: “Türkiyənin qərarlılığı bütün dünyada nüfuzunu artırıb”

"Rusiya ilə NATO, Rusiya ilə Ukrayna arasında əlaqələr gərgindir. Amma Rusiya ilə hərtərəfli əlaqələrimiz var deyə, Ukrayna ilə yaxın əlaqələrimizi də yox saymamalıyıq”.

7NEWS.Az-ın xəbərinə görə, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Beynəlxalq Əlaqələr Şurası Assosiasiyasının təşkil etdiyi Beynəlxalq Təhlükəsizlik Akademiyasında yekun çıxışında bildirib.
Hazırda dünya diplomatiyasında bu kimi çox sayda çətin vəziyyətlərin olduğunu deyən M.Çavuşoğlu bildirib ki, Türkiyə yerləşdiyi coğrafiyada düzgün diplomatiya ilə hərəkət edir: "Qafqazda, Suriyada, Şərqi Aralıq dənizində, Kiprdə də öncə diplomatiya dedik və çətin diplomatik şəraitdə necə lazımdırsa, elə də hərəkət edəcəyik. Diplomatiyanın bitdiyi yerlərdə döyüş meydanına endik. Türkiyənin qərarlılığı ölkənin milli gücünü və bütün dünyada nüfuzunu artırıb”.
 
 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ