Türkiyənin xarici işlər naziri ABŞ-a səfəri çərçivəsində Türkiyəyə silah satışı, xusüsən də, "F-16” qırıcılarların verilməsi ilə bağlı müzakirələr aparıb.
7NEWS.Az-ın verdiyi xəbərə görə, bu barədə nazir mətbuata açıqlamasında deyib.
Diplomat qeyd edib ki, proses müsbət şəkildə davam edir.
Bundan əlavə, Çavuşoğlu Türkiyə-İsrail münasibətləri, Yunanıstan və Kiprlə bağlı məsələləri amerikalı həmkarı Entoni Blinkenlə də müzakirə edərək, ABŞ-ı bu məsələlərdə real şəkildə tərəfsiz olmağa çağırıb.
7NEWS.Az








