RU
Çavuşoğlu: Ukraynada atəşkəslə bağlı yox, amma taxıl dəhlizinə görə ümidliyik
14:10
260

Çavuşoğlu: Ukraynada atəşkəslə bağlı yox, amma taxıl dəhlizinə görə ümidliyik

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri yaxınlaşmışdı. Təəssüflər olsun ki, sonra tərəflər bir-birindən uzaqlaşdılar.

7NEWS.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT Haber telekanalına müsahibəsində deyib.
O bildirib ki, buna İrpin və Buçadakı vəziyyət səbəb olub.

"Rusiya və Ukrayna tərəflərini yenidən yaxınlaşdırmağa cəhd edirik”, - Türkiyə XİN rəhbəri qeyd edib.

Çavuşoğlu Ukraynada atəşkəslə bağlı ümidli olmadığını bildirib.

"Amma taxıl dəhlizi ilə bağlı ümidliyik”, - nazir əlavə edib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ