RU
Azərbaycan gömrükçüləri İrandan Britaniyaya yük aparan maşında 4,5 kq tiryək aşkarlayıblar- FOTO
14:00
113

Azərbaycan gömrükçüləri İrandan Britaniyaya yük aparan maşında 4,5 kq tiryək aşkarlayıblar- FOTO

Naxçıvan Baş Gömrük İdarəsinin "Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Böyük Britaniyaya "qarışıq ərzaq” yükü aparan nəqliyyat vasitəsində narkotik axtarışı üzrə xidməti itin tətbiqi ilə gömrük yoxlaması aparılıb.

İdarədən bildirilib ki, nəticədə nəqliyyat vasitəsinin dartıcısındakı soyuducunun alt hissəsində kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən külli miqdarda - 4 kiloqram 500 qram narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
 
 
Azərbaycan gömrükçüləri İrandan Britaniyaya yük aparan maşında 4,5 kq tiryək aşkarlayıblar- FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ