RU
lombard
Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək
17:48
235

Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək

İyunun 24-də Moskvada keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyəti təmsil edəcək.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Paradda hərbçilərimizin Azərbaycan istehsalı olan silahlarla təntənəli keçidi olacaq.

Mərasimdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edəcək.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ