RU
Rusiya bu il 63,5 min miqrantı deportasiya edib
17:30
20

Rusiya bu il 63,5 min miqrantı deportasiya edib

Rusiya 2026-cı ilin ilk doqquz ayında 63 500 miqrantı ölkədən çıxarıb.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, miqrantların ölkədən deportasiya olunmasına internetdə müəyyən cinayətlər, Rusiya ordusunun ictimai şəkildə nüfuzdan salınması, Rusiyaya qarşı sanksiya çağırışları və ayrı-seçkilik hərəkətləri əsas ola bilər.

Rusiya DİN 2026-cı ilin ilk səkkiz ayında 260 mindən çox miqrantın Rusiyaya girişinin qadağan edildiyini açıqlayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,8% çoxdur. Rusiyaya girişə qadağaların qoyulmasının əksəriyyəti inzibati qaydada ölkədən çıxarılma və deportasiya ilə bağlıdır.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ