7News.az xəbər verir ki, portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo beynəlxalq karyerasını bitirdiyini açıqlayıb. Portuqaliya yığmasının heyətində 234 oyun keçirib 146 qol vuran Ronaldo, milli komanda səviyyəsində ən çox oyuna çıxan və ən çox qol vuran kişi futbolçu rekordlarının sahibidir.








