Aşpaz pizzaya ananas qoymaqdan imtina etdiyi üçün işdən çıxarıldı
7News.az xəbər verir ki, Avstraliyanın Kvinslend ştatındakı dəbdəbəli bir italyan restoranında baş aşpaz işləyən Davide Tamburella, pizzaya ananas əlavə etməkdən imtina etdikdən sonra işdən çıxarılıb. İşdən çıxarılmasına qarşı qaldırdığı məhkəmə iddiasını uduzan italyan aşpaz, bu tələbin onun öz mədəniyyətinə qarşı təhqir olduğunu bildirib.