“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib

“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib

19 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondu, Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə universitet tələbələri, gənclər təşkilatlarının nümayəndələri və gənc könüllülərin iştirakı ilə Bakı Gənclər Mərkəzində "Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib. Tədbirdə əməkdar mədəniyyət işçisi, televiziya və radio aparıcısı Rahib Azəri, 1news.az informasiya agentliyinin direktoru Rəhman Hacı, ASAN Radionun direktoru Emin Musəvi çıxış edərək 1875-ci ildə böyük maarifpərvər Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzeti ilə əsası qoyulmuş milli mətbuatımızın keçdiyi yoldan və müasir dövrdə mətbuatımızın fəaliyyəti, sosial media və onunyaratdığı imkanlar və yeniliklərdən bəhs ediblər. Çıxışçılar gənclərin suallarını cavablandırıb, fikir mübadiləsi aparıblar. Müzakirə formatında təşkil oluan görüşdə 300-dən çox gənc iştirak edib.

Xəbər lenti