RU
Azərbaycan sement istehsalını artırıb, idxalı isə azaldıb
09:35
460

Azərbaycan sement istehsalını artırıb, idxalı isə azaldıb

Komitənin hesabatı.

2015-ci ilin 11 ayında Azərbaycanda 2 457,7 min ton sement istehsal edilib, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 9,7% çoxdur.

Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) yanvar-noyabr ayları üzrə açıqladığı hesabatda deyilib.

DSK-dan bildirilib ki, dekabrın 1-nə hazır məhsul ehtiyatı isə 61,3 min ton təşkil edir.

Bundan başqa, Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin 10 ayı ərzində ölkəyə 24 milyon 795 min dollar dəyərində sement idxal olunub, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə, 71 milyon 730 min dollar və ya 74% azdır. Bu məhsulun cari ilin 10 ayında idxalda payı 0,33% təşkil edib, ötən il isə bu rəqəm daha çox 25,69% olub.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ