İtaliyada Ebola virusuna yoluxduğu ehtimal olunan iki nəfər müəyyən edilib.
Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Bildirilib ki, humanitar təşkilatların Ebola şübhəsi olan iki əməkdaşı Avropaya gəlib. Kişi və qadın üç aylıq səfərdən sonra Uqandadan geri dönüblər. Onlarda bu virusa xas olan simptomlar, o cümlədən yüksək hərarət, ürəkbulanma, qusma və bağırsaq problemləri müşahidə edilib.
Hər iki şəxs Milanın yüksək riskli yoluxucu xəstəliklərin müalicəsi üzrə ixtisaslaşmış Sacco xəstəxanasına köçürülüb. Bununla belə, regional səhiyyə naziri qeyd edib ki, hazırda xəstəliyin məhz Ebola olduğuna dair heç bir qəti əminlik yoxdur.








