RU
Azərbaycanda ana iki uşağını atıb evdən qaçdı:
16:39
430

Azərbaycanda ana iki uşağını atıb evdən qaçdı: "Evdəki 10 min manatı da aparıb" - FOTO

Məhərrəmova Məhluqə Məzahir qızı 8 ay öncə 2 uşağını həyat yoldaşının yanında qoyub və evdən qaçıb. 

7News.Az xəbər verir ki, bunu Xəzər Televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə çıxan və Məhərrəmova Məhluqə Məzahir qızının həyat yoldaşı Eldar bildirib. 

O bildirib ki, Məhluqə aprel ayının 6-sı evdən çıxıb: 

"Qaçan zaman da evdəki 10 min manatı oğurlayıb. Yeri göyü axtarmışıq. Tapa bilməmişik. Sənədləri də evdədir. Valideynləri də yerini bilmir. Əvvəl Nərimanov metrosunun yanında yaşayırdı. Rəsmi nikahımız yoxdur. 8 ildir ki, bir yerdə yaşayırdıq. Uşağımın birinin 6, digərinin isə 4 yaşı var. Aramızda heç bir söz-söhbət yox idi. Amma bir dəfə telefonunu əlindən alıb yerə çırpdım. Gecə baxırdım ki, "WhatsApp"dadır. Mən servisdə işləyirəm. O, heç yerdə işləmirdi. 10 min manat təkcə mənim deyildi. Həm də qardaşımın da pulu idi". 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ