Xəbər verdiyimiz kimi Bakıda 9 yaşlı Əhmədova İnci Bəhmən qızı itkin düşüb.
7News.Az xəbər verir ki, bunu Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verlişinə müraciət edən az yaşlının anası deyib.
O, bildirib ki, İnci ayaqyoluna gedən zaman yoxa çıxıb:" Qızım mənə dedi ki, ana olarmı ayaqyoluna gedib. Mən də icazə verdim. Ayaqyolu bizdə çöldədir. Qızımın qayıtmadığını görüb ayaqyoluna getdim. Gördüm ki, İnci orada deyil. Qızım itkin düşərdə onun əynində çəhrayı rəngdə şortik və qırmızı rəngdə köynək var idi".
Qeyd edək ki, İnci Əhmədova tapılaraq ailəsinə təhvil verilib.
Bununla bağlı depuatat Aydın Mirzəzadə məlumat verib.
Deputat söyləyib ki, itkin düşmüş İnci Əhmədova qız polis əməkdaşları tərəfindən Yasamal rayon Dövlət Bayrağı parkında tapılıb.
7News.Az