Azərbaycanda 25 yaşlı kişi 13 yaşlı qızı evlənmə məqsədi ilə qaçırıb.
7News.Az xəbər verir ki, bu barədə Azad Azərbaycan televiziyasında yayımlanan "Bizimləsən" verilişində məlumat verilib.
4 aylıq körpəsi ilə evdən qaçan Aytən canlı yayımda dəhşətli açıqlama verib: " Mənim 13 yaşım olanda Anar məni qaçırdı. Ondan şikayət olundu. Anar tutulmuşdu. O zaman atası ilə anası gəlib yalvardı ki, Aytən bizim namusumuzdu.15 yaşım olanda uşaq dünyaya gətirdim. 11 il uşaqlarıma mən baxmışamsa necə onları ata bilərəm".
7News.Az








