Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 25-nə olan statistik göstəriciləri açıqlayıb.
7News.Az TƏBİB-ə istinadən xəbər verir ki, bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 274 nəfər test edilib.
Bildirilib ki, ölkə ərazisində bu günə qədər 449 235 test aparılıb və 14 852 yoluxma qeydə alınıb. İndiyədək 180 nəfər COVID-19-dan dünyasını dəyişib, 8 059 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 6 613 nəfərdir. Hazırda 174 nəfər reanimasiyada müalicə alır. 32 nəfər isə süni tənəffüs cihazına qoşulub.
Qeyd edək ki, ötən gün Azərbaycanda 547 yoluxma faktı qeydə alınıb, 6 nəfər dünyasını dəyişib.








