RU
Azərbaycanda maaşlar artıb
14:10
326

Azərbaycanda maaşlar artıb

2021-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 725,6 manat olub.

7News.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,2 faiz çoxdur. 

Bildirilib ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ