RU
Bakıdakı dəhşətli partlayışın detalları: Ev dörd nəfərə satılıbmış
12:40
39

Bakıdakı dəhşətli partlayışın detalları: Ev dörd nəfərə satılıbmış

Bakıda evdə baş verən partlayışın təfərrüatı məlum olub.

Hadisə Yasamal rayonu, Ümid Ələkbərov küçəsindəki ikimərtəbəli evdə baş verib. İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.

İkimərtəbəli ev bir nəfərə məxsus olsa da, bir müddət əvvəl evi 4 ailəyə satıblar. Partlayış baş verən mənzildə ölən və xəsarət alanlar isə bir ailənin üzvləri olublar. Evdə ana və 3 övladı yaşayırmış. Ailə bir ay əvvəl evə köçübmüş.

Partlayış baş verən zaman ailə üzvləri yatmış vəziyyətdə olublar. Partlayış nəticəsində 4 nəfərin hamısı dağıntılar altında qalıb. Onlardan 3 nəfəri sağ çıxarılsa da, bir nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ