RU
Azərbaycanda sosial müdafiə xərcləri 16 milyon manat azalıb
19:40
345

Azərbaycanda sosial müdafiə xərcləri 16 milyon manat azalıb

2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərcləri 1664,5 milyon manat icra edilib.

7NEWS.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9% və ya 16,0 milyon manat azdır.

Sosial müdafiə və sosial təminat xərcləri 1716,1 milyon manat proqnoza qarşı 97% və ya 51,6 milyon manat az icra edilərək illik proqnozun 45,1%-ni təşkil edib.

Cari ilin yanvar-iyun aylarında sosial müdafiə və sosial təminat xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə fevral, mart və aprel ayında çox, yanvar, may və iyun aylarında az icra edilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ