Xəbər verdiyimiz kimi, "tiktok"er İlduzə Hacıyevanın (Arzum) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Hökmə əsasən, Arzum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 5 il 2 ay azadlıqdan məhrum edilib. Tiktoker məhkəmə zalında həbs edilib.
AZXEBER.COM İlduzə Hacıyevanın vəkili Hikmət Əliyevlə əlaqə saxlayıb.

Vəkil qeyd edib ki, qərardan qətiyyən razı deyillər:
"Qərardan qətiyyən razı deyilik. Tam əsassız və qanunsuz qərar qəbul edilib. Buna görə də ən qısa zamanda tərəfimizdən apellyasiya şikayəti veriləcək. Tərəflərin iradə ifadəsindən asılı olaraq barışıq əldə olunması mümkündür. Lakin barışıq baş tutacağı təqdirdə belə, apellyasiya şikayəti verəcəyik. Çünki məhkəmənin çıxardığı hökmü qanuni və əsaslı hesab etmirik”.
O bildirib ki, dünən "Arzum” ilə görüşüb:
"İlduzə xanımla görüşmüşük. Haqsız yerə həbs olunan bir şəxsin vəziyyətinin yaxşı olması mümkün deyil. Bununla belə, səhhətində narahatedici və ya kəskin bir hal müşahidə olunmur”.
Vəkil Arzumun uşaqlarınını atasından alınması iddialarına da cavab verib. O qeyd edib ki, bu qərar başqa ölkənin qanunlarıyla tənzimlənir:
"Uşaqlarla bağlı qərar Almaniya qanunvericiliyinə uyğun qəbul edildiyi üçün bu məsələ ilə bağlı hər hansı rəy bildirməyimiz düzgün olmaz”.








