RU
Bu il neçə nəfər boğulmaq təhlükəsindən xilas edilib? - FHN-dən AÇIQLAMA
15:00
31

Bu il neçə nəfər boğulmaq təhlükəsindən xilas edilib? - FHN-dən AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti cari ilin əvvəlindən bu günədək suda boğulma təhlükəsi ilə üzləşən 15 nəfəri xilas edib. 

Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirib.  

O qeyd edib ki, xilas edilənlərdən 9-u çimərlik mövsümündə qeydə alınıb:

"Xilas edilənlərdən 9-u çimərlik mövsümündə qeydə alınıb. Xidmətin nəzarətində olan çimərliklərdə isə bu müddət ərzində ölümlə nəticələnən suda batma hadisəsi baş verməyib”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ