RU
Azərbaycanda yaşamaq istəyən əcnəbilərin bilikləri yoxlanılacaq
15:20
415

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin bilikləri yoxlanılacaq

Dövlət Miqrasiya Xidməti Azərbaycanda daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə oktyabrın 11-i və 12-də müsahibə keçirəcək.

7news.Az-ın Report-a istinadla məlumatına görə, müsahibənin məqsədi əcnəbilərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılmasıdır.

Müsahibəyə ümumilikdə 95 nəfər dəvət olunub ki, onlardan 48-nin oktyabrın 11-də, qalanlarının isə oktyabrın 12-də bilikləri yoxlanılacaq. 

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ