Şou zamanı faciə - Təyyarə yerə çırpıldı

Şou zamanı faciə - Təyyarə yerə çırpıldı

Amemrika Birləşmiş Ştatlarının Atlanta şəhəri yaxınlığında təşkil olunan hava şousu faciəylə nəticələnib. Düzdür, əvvəl hər şey qaydasında gedib. Həvəskar pilotların idarə etdikləri kiçik mühərrikli təyyarələrlə sözün əsl mənasında şou göstəriblər. Lakin bir qədər sonra onlardan birinin diqqətsizliyi faciəyə səbəb olub. Təhlükəli fəndlərdən birinin nümayişi zamanı pilot idarəetməni itirib və layner yerə çırpılıb. Nəticədə pilot həyatını itirib.

Təyyarə yerə çırpılan kimi, Atlanta hava limanının yanğınsöndürənləri əraziyə cəmlənərək alovun yayılmasının qarşısını alıblar. Faciənin sırf pilotun diqqətsizliyi və ya təyyarədəki texniki nasazlıq üzündən baş verdiyi araşdırlır.

7News.Az həmin faciənin videosunu təqdim edir:

 

Xəbər lenti