RU
Azərbaycandan Rusiyaya gedən onlarla yük maşını saxlanıldı - VİDEO
10:16
421

Azərbaycandan Rusiyaya gedən onlarla yük maşını saxlanıldı - VİDEO

Azərbaycana məxsus 30-dan çox meyvə dolu yük avtomobili Rusiya gömrüyü tərəfindən bu ölkəyə buraxılmayıb.

7News.Az-ın "Xəzər” TV-yə istinadən məlumatına görə, onların saxlanmasına səbəb daşıdıqları yükün normadan artıq olmasıdır.

Sürücülər iddia edirlər ki, onların bəzilərinin yükü normadan 20 kq, bəzilərinin yükü isə 50-100 kq artıqdır. 

Sürücülər geri qayıtmaq istəsələr də, Rusiya tərəfi onlara icazə verməyib. Buna görə sürücülər yük maşınlarında olan meyvələrin qısa zamanda məhv olacağından narahatdırlar.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ