2026-cı ilin 6 may tarixində Mingəçevir Dövlət Universitetində keçirilən "Azərbaycanda turizm potensialının qiymətləndirilməsi və təkmilləşdirilməsi yolları” mövzusunda respublika elmi konfransı çərçivəsində Mingəçevir Dövlət Universiteti ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandum sənədini MDU-nun rektoru Anar Eminovla Coğrafiya İnstitutunun direktoru Zaur İmrani imzayalab.
Turizm və ekologiya yönümlü ixtisaslar üzrə peşəkar kadr hazırlığına dair imzalanan memorandum universitet–elm əməkdaşlığının genişləndirilməsi, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və müasir əmək bazarının tələblərinə uyğun rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasını nəzərdə tutur.
Memorandum çərçivəsində tərəflər arasında ustad dərslərinin təşkili, elmi və metodik nəşrlərin mübadiləsi, seminar və konfransların keçirilməsi, tələbələr üçün təcrübə imkanlarının yaradılması, eləcə də turizm, ekologiya və coğrafiya sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, əməkdaşlıq sənədi regionun turizm və ekoloji potensialının elmi əsaslarla inkişafına, eləcə də dayanıqlı inkişaf istiqamətində birgə fəaliyyətlərin gücləndirilməsinə xidmət edir.








