RU
Azərbaycanın tanınmış aktyoru VƏFAT ETDİ - FOTO
11:00
215

Azərbaycanın tanınmış aktyoru VƏFAT ETDİ - FOTO

Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Ağaxan Şərifov vəfat edib.

7News.Az xəbər verir ki, bu barədə "Report"a aktyorun yaxınları məlumat veriblər.


Bildirilib ki, üzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən A.Şərifov 58 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, A.Şərif oğlu Şərifov 22 oktyabr 1962-ci ildə Ağsuda anadan olub. 1986-1990-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram – kino aktyorluğu şöbəsində təhsil alıb. 1990-1996-ci illərdə Gənclər Teatrında, 1993-2007-ci illərdə İlham Miniatür Teatrında çalışıb.

2007-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrda işləməyə başlayıb.
 
Azərbaycanın tanınmış aktyoru VƏFAT ETDİ - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ