Azərbaycanəsilli Gürcüstan vətəndaşı Polşada faciəvi şəkildə həyatını itirib.
Bolnisi rayonunun Kazreti qəsəbəsinin sakini, 23 yaşlı Elvar Sariyev dostları ilə birlikdə istirahət üçün göl kənarına yollanıb. İlkin məlumata əsasən, o, göldə çimərkən suda boğulub.
Bildirilib ki, Elvar Sariyev işləmək məqsədilə bir müddət əvvəl Polşaya gedib.








