RU
Azərbaycanlı Gənclərin Ümumdünya Həmrəylik Forumu keçirilib
21:04
759

Azərbaycanlı Gənclərin Ümumdünya Həmrəylik Forumu keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə, 23 iyul 2020-ci il tarixində "Qarabağ – azərbaycanlı gənclərin həmrəylik amili mövzusunda forum keçiril mişdir.

Forumda Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, "Dağlıq Qarbağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, millət vəkili Tural Gəncəliyev,Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoruElşad Əliyev, Aprel döyüşlərinin qazisi Əhliyyət Mehdiyev gənclər təşkilatlarının rəhbələri, Avstraliya, İtaliya, Rusiya, Fransa, İsveçrə, Türkiyə, Almaniya, Macarıstan, Ukrayna, Avstriya və Polşada gənc diaspor nümayəndləri çıxış etmişlər.Tədbirdə 400-dən artıq gənc iştirak etmişdir. Forum eyni zamanda facebook sosial şəbəkəsində canlı yayımlanmşdır.

Azərbaycan-Ermənistan sərhədinin Azərbaycanın Tovuz rayonu istiqamətində iyulun 12-dən başlayaraq Ermənistanın törətdiyi hərbi təxribatlara etirazlarını bildirmək məqsədilə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız yaşadıqları ölkələrdə nümayiş və yürüşlər keçir mişlər. Keçirilən aksiyalar zamanı həmvətənlərimiz dünyaya Qarabağla bağlı həqiqətləri çatdırmağa çalışaraq, Ermənistan dövlətinin işğalçılıq siyasətini qəti şəkildə pişləmiş, dövlət başçımıza, ordumuza və əsgərlərimizə dəstək nümayiş etdir mişlər.

Vətəndə və xarici ölkələrdə yaşayan və təhsil alan gənclər, həmçinin dövlət rəsmiləri , aparıcı gənclər və diaspora təşkilatları nın təmsilçiləri Forumda çıxış edərək, Ermənistanın ölkəmizə qarşı hərbi təxribat ları və işğalçılıq siyasəti fonunda gənclərin birliyinin, həmrəyliyinin vacibliyini vurğulamışlar. Bu xüsusda, müxtəlif ölkələrdə keçirilən tədbirlər də, həmçinin sosial şəbəkələrdə erməni yalanları na və təhrif olunmuş məlumatlar a qarşı mübarizə barədə də danışıl mışdır.

Qeyd olun muşdur ki, Azərbaycan Respublikası nın Prezidenti , Ali Baş Komandan İlham Əliyev in qətiyyəti və ordumuzun qəhrəmanlığı sayəsində erməni təxribatının dəf edilməsi və düşmənə layiqli cavab verilməsi bütün dünyada yaşayan soydaşlarımızın vətənpərvərlik ruhunun yüksəlməsinə səbəb olmuşdur. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar dövlət tərəfindən bu istiqamətdə atılan addımlara dəstək və həmrəylik ifadə e tdirirlər. Bununla yanaşı, Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağın tarixi barədə həqiqətlərin dünya ictmaiyyətinə çatdırılması və Ermənistan dövlətinin işğalçı mahiyyətinin beynəlxalq səviyyədə ifşa edilməsi baxımından gənclərin üzərinə böyük vəzifə lərin düş düyü xüsusi vurğulanmışdır. Tədbir iştirakçıları bu istiqamətdə fəaliyyətin daha səmərəli şəkildə əlaqələndirilməsinin vacibliyini bildirərək, Azərbaycan naminə səylərini və bacarıqlarını bundan sonra da əsirgəmiyəcəklərini ifadə etmişlər.

Forum onlayn rejimdə sosial şəbəkələrdə canlı yayımlan araq minlərlə insan tərəfindən izlənilmişdir.

Forumun sonunda onun iştirakçıları adından bəyanat qəbul edilmişdir. Bəyanatın mətni ilə bu keçid vasitəsilə tanış ola bilərsiz.


 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ