RU
Azərbaycanlı hakimin xəstə uşağı üçün yığılan pul oğurlandı - 9500 dollar və 6500 manat
14:30
300

Azərbaycanlı hakimin xəstə uşağı üçün yığılan pul oğurlandı - 9500 dollar və 6500 manat

Azərbaycanlı hakim İnqilab Məmmədov soyğunçuların qurbanı olub.

7News.Az futbol11.az-a istinadən xəbər verir ki, referinin xəstəlikdən əziyyət çəkən 2 yaşlı övladı üçün topladığı pulları evindən qarətçilər oğurlayıblar. Dələduzlar evə mətbəxdən soxularaq 9500 dollar və 6500 manatı oğurlayıblar. 

İnqilab Məmmədovun qızı Nərgiz Məmmədova əzələ əriməsindən əziyyət çəkir. Mülaicəsi xaricdə olan xəstəlik üçün yardımsevər insanlar da referiyə kömək olmuşdular. Naməlum şəxslər evdən qızıl-zinət əşyalarını aparmayıblar.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ