RU
Azərbaycanlı müğənnidən yenilik
14:19
1081

Azərbaycanlı müğənnidən yenilik

İstedadlı gənc müğənni Əhməd Mustafayev yaxın zamanlarda Özbəkistana yola düşəcək.

7News.Az-ın məlumatına görə, müğənni yeni lahiyəyə imza atmaq üçün, məşhur müğənni Madina Mumtozla duet oxuyacaq.

Belə ki, illər öncə dünya məşhurları Abram Russo, Şahzada, Yıldız Usmanova ilə duet oxuyan Madina, bu dəfə Azərbaycanlı ifaçı ilə bu işin öhdəsindən gəlmək istəyir. 

Qeyd edək ki, söz və musiqisi həmyerlimizə məxsus, "Sev məni" adlı mahnı ilə bir araya gələcək ifaçılar, bir müddət əvvəl Əhməd Mustafayevin "Sən Demə" adlı mahnısını Madina Mumtozun oxuması ilə tanış olmuşdular.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ