Dünyaca məşhur müğənni Alla Puqaçova 2022-ci ildən Rusiya banklarındakı hesablara təxminən 120 milyon rubl (1.6 milyon manat) qoyub.
Bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 77 yaşlı rusiyalı sənətçi çoxdan Kiprdə yaşayır, lakin Rusiyada maliyyə "yastığını" qorumağa davam edir.
Məlumata görə, müğənni əmanətlərini faiz gətirən yığım hesablarında yerləşdirir. 2022-ci ildən bəri, o, yalnız faizlər hesabına təxminən 11.5 milyon rubl (150 min manat) qazanıb.
Puqaçovanın Rusiyadakı gəlirləri bununla bitmir. O, radio və televiziyada səslənən mahnılarına görə müəllif hüququ statusu ilə qonorarlar alır. Bundan əlavə, ona pensiya və SSRİ Xalq artisti adına görə əlavə ödənişlər verilir. Əmanətlərdən küllü miqdarda daxilolmalara baxmayaraq, müğənni Kreml yaxınlığındakı dəbdəbəli mənzili üçün kommunal xidmətlərin haqqını ödəmir.








