Sankt-Peterburqda Azərbaycan vətəndaşı yük daşınmaları zamanı külli miqdarda dələduzluq etməkdə şübhəli bilinir.
7News.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, vətəndaş cinayətkar qrupla birlikdə logistika xidmətinin göstərilməsi adı ilə 22 milyon rubl (559 min manat - red.) dəyərində bahalı malları mənimsəyib.
Qrupa Dağıstan və Ukrayna vətəndaşı da daxil olub. Bütün vətəndaşlar əvvəllər məhkum edilməyib.
Onların başqa əməllərdə əli olub-olmadığı araşdırılır.
7News.Az








