RU
“Azəriqaz”: Təbii qazın verilişində problem yaranmayıb
13:14
394

“Azəriqaz”: Təbii qazın verilişində problem yaranmayıb

Dünən gecədən etibarən bütün respublika üzrə heç bir qəza halı qeydə alınmayıb.

Bunu 7News.Az-a açıqlamasında "Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.

O bildirib ki, dünəndən etibarən bu dəqiqəyə qədər heç bir şikayət daxil olmayıb:

"Bu dəqiqəyə olan məlumata görə, bütün respublika üzrə təbii qazın verilişində heç bir problem yaranmayıb. Mərkəzi dispeçer xidmətindən əldə etdiyim məlumata görə, respublika üzrə heç bir qəza halı qeydə alınmayıb. Əgər hər hansı bir qəza halı yaranarsa, "Azəriqaz” İstehsalat Birliyinin Qaz-qəza xidməti tərəfindən həmin problemin aradan qaldırlması üçün zəruri tədbirlər görüləcək”.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ