RU
“Azərişıq”: Abonentlərin elektrik şəbəkəsinə qoşulması sadələşdirildi
12:35
620

“Azərişıq”: Abonentlərin elektrik şəbəkəsinə qoşulması sadələşdirildi

Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması prosedurları üçdən ikiyə, qoşulma müddəti isə 24 gündən 20 günə endirilib.

7News.Az-ın məlumatına görə, bu barədə "Azərişıq” ASC-nin ilin yekunlarına dair keçirilən mətbuat konfransında "Azərişıq” ASC-nin Perspektiv inkişaf və "ASAN xidmət”lə iş idarəsinin rəis

Elsevər Rüstəmli məlumat verib.

Onun sözlərinə görə, bu fərmanın imzalanması sahibkarların işini asanlaşdıracaq:

"Fərmana əsasən, sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması prosedurları üçdən ikiyə, qoşulma müddəti isə 24 gündən 20 günə endirilib. Yeni fərmandan sonra sahibkar "ASAN xidmət” Mərkəzinə müraciət edən kimi yerindəcə "Azərişıq” ASC-nin elektron xəritəsi üzərindən obyektin yeri müəyyənləşdiriləcək və sahibkar qısa bir zaman ərzində vahid tariflə kVt-a uyğun ödənişini edib gedəcək.

Beləliklə, sahibkarla təmas birinci dəfə "ASAN xidmət”ə gələndə, ikinci dəfə isə 20 gündən sonra obyektə elektrik enerjisi verilmə anında olur. Bu fərmanın imzalanması sahibkarların işini asanlaşdırmaqla yanaşı, 2018-ci ildə "ASAN xidmət” vasitəsilə "Azərişıq” ASC-nin göstərdiyi xidmətlərə xüsusi töhfə verib.

Ümumilikdə isə 2018-ci ildə həm əhali, həm də qeyri-əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması ilə bağlı Nazirlər Kabineti tərəfindən qərarlar verilərək vahid tarif müəyyənləşdirilib və dərhal tətbiqinə başlanılıb”.

E.Rüstəmli qeyd edib ki, əvvəlki tariflərlə müqayisə etdikdə birmənalı şəkildə demək olar ki, həm məişət abonentlərinin, həm də sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün tariflər ucuzlaşdırılıb:

"Tariflər siyahısı həm "Azərişıq” ASC-nin "azerishiq.az” rəsmi saytında, həm "Azərişıq” ASC adlı "Facebook” və "azerishiq.az” adlı "Instagram” səhifələrində yerləşdirilib”.

İdarə rəisi vurğulayıb ki, 2018-ci ildə "Azərişıq” ASC-nin "ASAN” brendi vasitəsilə göstərdiyi xidmətlərin sayı 10-dan 13-ə qaldırılıb:

"Mart ayında "Məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu”, may ayında isə "yük hesabatının hazırlanması” və "istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi” adlı yeni xidmətlər yaradılıb.

Əvvəllər elektrik şəbəkəsinə qoşulma ilə bağlı sahibkarların və məişət abonentlərinin müraciəti paytaxtdakı "ASAN kommunal” mərkəzlərində qəbul olunurdusa, 2018-ci ilin əvvəlindən etibarən ölkənin bütün regionlarında fəaliyyət göstərən "ASAN xidmət” mərkəzlərində müraciətlər qəbul edilib”.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ