RU
Azis yenidən Bakıya gəlir
15:33
623

Azis yenidən Bakıya gəlir

Konsertinin vaxtı və qiyməti bəlli oldu.

Bolqar müğənni Azis dekabr ayının 19-da Bakıda konsert proqramı ilə çıxış edəcək.

Bu barədə təşkilatçı Samir Xəttab İnstagram hesabında məlumat yayıb:

“Bu konsert qeyri-adi keçəcək. Gözləmədiyiniz sürprizlər olacaq. Sizi konsertin əvvəlindən sonuna qədər möhtəşəm şou gözləyir”.

Xatırladaq ki, bu, Azisin Bakıya ikinci səfəri olacaq. Onun paytaxtda ilk konserti bu ilin iyul ayında baş tutmuşdu. Anşlaqla keçən konsert birmənalı qarşılanmayaraq, uzun müddət medianın gündəmində qalmışdı.

Qeyd edək ki, yeni konsertə biletlərin qiyməti 20-150 AZN-dir./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ