RU
“Azovstaldan çıxan əsgərlər edam edilməlidir” – Rusiya parlamenti
20:00
234

“Azovstaldan çıxan əsgərlər edam edilməlidir” – Rusiya parlamenti

Azovstaldan təxliyə edilən əsgərlər yaşamağa layiq deyil və onlar edam edilməlidir.

Bunu Rusiya parlamentində Rusiya Liberal Demokrat Partiyasının deputatı Leonid Slutski deyib.

Leonid Slutski Moskva parlamentində Azov əsgərlərinin ruslarla dəyişdirilməsi ilə bağlı müzakirələr zamanı təslim olan əsgərləri " insan şəklində heyvanlar " adlandırıb.

Rusiyalı deputat onların hamısının edam edilməsini tələb edib.

Azovstal zavodundan təxliyə edilən 264 əsgərin rus əsgərləri ilə dəyişdiriləcəyi gözlənilir.

Deputatlar ukraynalı əsgərlərin dəyişdirilməsinə qarşı çıxıblar.

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin təslim olan əsgərlərin əsir mübadiləsinə daxil edilməməli olan "nasistlər” olduğunu iddia edərək, onlarin hərbi cinayətkarlar olduğunu və məhkəmə qarşısına çıxarılmasını tələb edib.

Ukrayna müdafiə nazirinin müavini Hanna Maliar Azovstal polad zavodundan 264 əsgərin təxliyə edildiyini, onlardan 53-nün ağır yaralandığını və onların Novoazovsk vilayətindəki hərbi hospitala, digər 211 əsgərin isə Olenivkaya aparıldığını bildirib. /olke
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ